AZ

Qəzzaya hücum əmri verildi

İsrailin Baş naziri Binyamin Netanyahu hərbçilərlə məsləhətləşmələrdən sonra Qəzzaya güclü zərbələr endirmək əmri verib. Metbuat.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin ofisindən açıqlama verilib. Açıqlamada deyilir ki, təhlükəsizlik məsləhətləşmələrinin başa çatmasından sonra Netanyahu hərbi rəhbərliyə Qəzza zolağına güclü zərbələr endirməyi tapşırıb.

Qeyd edək ki, İsrail HƏMAS-ın atəşkəs razılaşmasını pozduğunu irəli sürüb və qaytarılan cəsədin əvvəllər tapılan girova aid olduğunu iddia edib. Açıqlamada HƏMAS tərəfindən təhvil verilən cəsədin İsrail ordusu tərəfindən 2023-cü ildə Qəzzada tapılan əsir Ofir Tzarfatinin qalıqları olduğu iddia edilib. HƏMAS atəşkəs və girov mübadiləsi müqaviləsinin bir hissəsi olaraq dağıntılar altından bir israilli girovun cəsədini çıxararaq Beynəlxalq Qırmızı Xaç rəsmilərinə təhvil vermişdi. İsrail təhvil verilən cəsədin müqavilənin əhatə etdiyi girovlardan heç birinə aid olmadığını iddia edib.

Seçilən
41
14
metbuat.az

10Mənbələr