İsrail HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib. İsrail Müdafiə Qüvvələri terrorçu qruplaşmanın istifadə etdiyi cənubi Qəzza zolağındakı infrastruktura zərbələr endirib.
AzPost-un məlumatına görə, bu barədə The Jerusalem Post İsrail Baş Nazirinin Ofisinə istinadən xəbər verir. Zərbəyə HƏMAS üzvlərinin Rəfahda İsrail əsgərlərinə atəş açması barədə məlumatlar səbəb olub. Benyamin Netanyahu həmçinin atəşkəsin daha da pozulması halında islamçılara daha sərt cavab verəcəyinə söz verib.
Əvvəlki məlumatlarda HƏMAS yaraqlılarının Qəzza zolağındakı Rəfah şəhəri yaxınlığında yerləşən İsrail bölmələrinə tank əleyhinə raket atdığı və atəş açdığı bildirilirdi. İsrail artilleriyası hücum edənlərin mövqelərinə zərbələr endirməklə cavab verib.