AZ

183 milyon “Gmail” istifadəçisinin parolu ƏLƏ KEÇİRİLDİ

“Gmail” istifadəçilərinə milyonlarla hesabın təhlükə altında olması ilə bağlı təcili xəbərdarlıq edilib.

Publika.az “The Independent”ə istinadla xəbər verir ki, 183 milyona yaxın e-poçt hesabı və onlara aid parollar internetdə sızdırılıb. Məlumat sızması kibercinayətkarlara yalnız e-poçt hesablarına deyil, həm də “Gmail” vasitəsilə qoşulmuş digər onlayn hesab və xidmətlərə daxil olmaq imkanı verə bilər.

Hadisə bu ilin aprel ayında baş verib, lakin yaxın günlərdə məlumat sızmalarını izləyən “Have I Been Pwned” platforması tərəfindən qeydə alınıb.

Seçilən
34
3
publika.az

10Mənbələr