AZ

​Yaponiyada ayı hücumlarına görə orduya çağırış edildi

Yaponiyanın şimalında ayı hücumları rekord həddə çatıb. Metbuat.az xəbər verir ki, bu il 10 nəfər ayı hücumu nəticəsində həlak olub. Akita qubernatoru Kenta Suzuki ayı hücumları ilə bağlı hərbi yardım istəyib. Məlumata görə, Akita və ətraf ərazilərin sakinləri artıq təkcə dağlarda deyil, həm də şəhər mərkəzlərində ayı təhlükəsi ilə üzləşirlər. Qubernator Suzukinin sözlərinə görə, ayılara yalnız meşələrdə deyil, həm də evlərin yaxınlığında, bazarlarda və hətta məktəblərin ətrafında rast gəlinir.

Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişikliyi və əhalinin yaşlanması ayıların məskunlaşmış ərazilərə yaxınlaşmasına səbəb olub.

Seçilən
12
10
metbuat.az

10Mənbələr