Ukrayna ordusu Rusiyanın paytaxtı Moskvaya üç PUA ilə hücum edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib. O, hər üç PUA-nın havada vurulduğunu qeyd edib.
“Fövqəladə hallar xidməti dağıntıların olduğu yerdə işləyir”, - mer əlavə edib. pizza sifarişi
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, saat 15:00-dan 20:00-dək hava hücumundan müdafiə qüvvələri Kursk (2), Tula (2), Kaluqa (1), Oryol (3) və Bryansk (7) vilayətləri üzərində 15 pilotsuz uçan aparatın qarşısını alıb./Teleqraf
Telegram kanalımız