AZ

Xırdalanda yaşayış binasında baş verən yanğın nəticəsində iki nəfər zəhərlənib - Yenilənib 

Bu gün saat 17:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub...

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (qadın) dəm qazı zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***

Poliqon xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onbeşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 30 kv.m olan birotaqlı mənzilin zalı 25 kv.m sahədə yanıb.

Qonşu mənzillər yanğından mühafizə edilib.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.

Poliqon.info

Seçilən
29
32
poliqon.info

10Mənbələr