İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spaletti İqor Tudorun istefasından sonra “Yuventus”a mümkün təyinatı barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Əgər lazımdırsa, “Yuventus” barədə məmnuniyyətlə danışaram, amma öncə İqor Tudor barədə söz demək istəyirəm. O, həqiqi kişi və ciddi insandır, dəyərlərinə sadiqdir. Onun işləməsini görmüşəm və həmişə mənə güclü, insanın ruhuna nüfuz edə biləcək bir şəxs kimi təsir bağışlayıb. Tudorun yerinə gələcək məşqçi şanslı olacaq, çünki yaxşı hazırlanmış komandaya gələcək. Ancaq İqoru itirmək mənim üçün təəssüf doğurur.
Bu gün mən ən azı “Yuventus” barədə danışmaq üçün uyğun şəxs deyiləm.”