AZ

Kiyevdə silahlı şəxs dinc insanları güllələyib

Kiyev polisinin məlumatına görə, bir kişi Kiyevdə yaşayış binasının girişinin yaxınlığında atəş açıb.

Hadisə dünən axşam Kiyevin Podolski rayonunda (Avropa Birliyi küçəsində) baş verib. Polis bildirib ki, şübhəli bir qrup insanla içki içib, sonra yoldan keçənlərlə mübahisəyə girib və onlardan ikisini yaralayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin qaçmağa cəhd etdiyini qeyd ediblər. O, tapılıb və travmatik tapançası müsadirə edilib. Polis bildirib ki, zərərçəkənlər ayağından və qarnından yaralanıblar.

//Samir Qurbanov, Editor.az

Seçilən
49
editor.az

1Mənbələr