AZ

Messi Dünya Çempionatında iştirak edəcək?

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il Dünya Çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı açıqlama verib. Metbuat.az xəbər verir ki, ulduz futbolçu NBC-yə müsahibəsində mundialda oynamağın möhtəşəm hiss olduğunu, bunu çox istədiyini, amma hələ qəti qərar vermədiyini bildirib. O, “Inter Mayami” ilə növbəti mövsümə hazırlaşarkən fiziki vəziyyətinə görə qərar verəcəyini deyib:“Yaşlandıqca bəzi xüsusiyyətlərini itirirsən: sürət, refleks, qərar vermə. Bəzən ağlın ayaqlarından daha sürətli işləyir. Mən isə həmişə bu boşluqları doldurmağa çalışmışam”, - deyə kapitan qeyd edib.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən ABŞ-nin MLS liqasında çıxış etdiyi “Inter Mayami” heyətində 83 oyunda 73 qol vurub, 36 qol ötürməsi edib.

Seçilən
45
1
metbuat.az

2Mənbələr