AZ

HƏMAS: Atəşkəsə sadiqik

Fələstin HƏMAS hərəkatı Rəfahdakı atışma hadisəsində iştirak etmədiyini elan edib.

Musavat.com xəbər verir ki, müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.

Bəyanatda HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasına sadiq olduğunu da bildirib: "HƏMAS Rəfahdakı atışma hadisəsində hər hansı bir formada iştirakını rədd edir və atəşkəs razılaşmasına sadiqliyini bir daha təsdiqləyir".

Xatırladaq ki, oktyabrın 28-də Rəfahda silahlı qrup İsrail hərbçilərinə hücum edib, bundan sonra İsrail ordusu əraziyə ardıcıl zərbələr endirməkdədir.

 

Musavat.com

Seçilən
20
4
musavat.com

10Mənbələr