Zorlama ittihamı ilə məhkum edilmiş Barselona və Braziliya milli futbol komandasının keçmiş müdafiəçisi Dani Alves keşiş olub.
"Unikal" xəbər verir ki, oktyabrın 26-da Alves İspaniyanın Jirona şəhərindəki bir yevangelist kilsəsində keçirilən mərasimdə iştirak edib. Keçmiş futbolçu camaata moizə oxuyub və dinə dair fikirlərindən danışıb.
Alves qeyd edib ki, o, iman yolunu tutub və kilsəyə yaxınlaşıb.
"Biz Allahla bağlı şeylərə ciddi yanaşmalıyıq. Mən bunun sübutuyam; mən Allahla əhd bağlamışam", - keçmiş futbolçu bildirib.
Qeyd edək ki, 2023-cü ildə idmançı təcavüz ittihamı ilə həbs edilib. 2024-cü ildə Alves 4,5 il həbs cəzasına məhkum edilib. Lakin 2025-ci ilin mart ayında Kataloniya Ali Məhkəməsi kifayət qədər dəlil olmadığını əsas gətirərək hökmü ləğv edib.