AZ

Vətən müharibəsi şəhidi Miqdad Abduləlimovun şəhadətə ucaldığı gündür

Qəhrəman döyüşçü Miqdad Abduləlimov şərəfli döyüş yolu keçib və göstərdiyi igidliyə görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra bir sıra medallarla təltif olunub.

QHT.az xəbər verir ki, Şəhid Miqdad Abduləlimov “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, 2020-ci il sentyabrın 28-də döyüşlərdə qəhrəmancasına şəhid olub. 33 gün sonra aparılan DNT analizi nəticəsində şəhidin nəşi müəyyən edilib.

Şəhidin anası, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova o günləri belə xatırlayır:

“Tanınmış 5 meyitdən biri Miqdad idi. Zirehli maşında yanmışdılar. Mən Qubaya hər şəhid gələndə axtarırdım. Birinci Qarabağ müharibəsindən şəhid ailələrinə gedirdim, amma bilmirdim ki, bir gün öz övladım da şəhid olacaq. O acını yaşadıqdan sonra ailələri daha yaxşı anladım. Qardaşımın məsləhəti ilə ‘Vətən Naminə’ təşkilatını yaratdıq ki, hər şey qanuni və sistemli olsun. Deputat Qənirə Paşayevanın dəstəyi ilə sənədləri hazırladıq və təşkilatımız rəsmi qeydiyyata alındı.”

QHT.az kollektivi olaraq, şəhid Miqdad Abduləlimovun xatirəsini ehtiramla yad edir, anası Tünzalə Abduləlimova başda olmaqla, ailəsinə səbir və dözüm arzulayır, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Seçilən
50
qht.az

1Mənbələr