AZ

Mənzildə huşsuz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısı açılaraq, huşsuz vəziyyətdə aşkar edilmiş vətəndaş – 1952-ci il təvəllüdlü S.Eminova təcili tibbi yardım briqadasına təhvil verilib.


Bizim.Media

Seçilən
31
14
bizim.media

10Mənbələr