AZ

Ronaldu yenə "Əl-Nəsr"də titul qazanmaq şansını qaçırdı -13-cü uğursuzluq

"Əl-Nəsr"in kapitanı Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubunda oynadığı dönəmdə, təxminən 3 il ərzində 13 turnirdə qələbə qazanmaq şansını əldən verib.

Fanat.Az-ın məlumatına görə, portuqaliyalı hücumçunun komandası Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/8 finalında "Əl-İttihad"a uduzaraq (1:2) mübarizəni dayandırıb.

40 yaşlı Ronaldunun "Əl-Nəsr"də qazana bildiyi yeganə mükafat 2023-cü ildə əldə etdiyi Ərəb ölkələri Çempionları Kubokudur ki, bu turnir də nüfuzlu yarış sayılmır.

Qeyd edək ki, Ronaldunun Ər-Riyad təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Seçilən
13
fanat.az

1Mənbələr