ABŞ Prezidenti Donald Tramp gələn həftə paytaxt Vaşinqtonda Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın liderləri ilə görüşəcək.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.
Məlumata görə, görüşün əsas gündəm mövzuları ticarət, investisiyalar və regional təhlükəsizlik olacaq.
Ekspertlər qeyd edirlər ki, Vaşinqtonun bu təşəbbüsü ABŞ-ın Mərkəzi Asiya ilə strateji əlaqələri gücləndirmək, eyni zamanda regionda Rusiyanın təsirini azaltmaq məqsədi daşıyır.
Gözlənilir ki, sammitin yekununda tərəflər iqtisadi əməkdaşlıq, enerji və logistika sahələrində yeni razılaşmalar imzalayacaqlar.
Musavat.com