AZ

Giorgi Volski: Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Cənubi Qafqazda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir  

Azərbaycanla Ermənistan arasında başlanmış və Amerika Birləşmiş Ştatlarının dəstəklədiyi danışıqlar prosesi Cənubi Qafqazda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamenti sədrinin birinci müavini Giorgi Volski Ermənistan Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdə söyləyib.

Vitse-spiker bu danışıqların uğurla yekunlaşacağına ümidvar olduğunu bildirib.

Gürcüstan parlamentinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərini, eləcə də əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb.

Görüş zamanı Cənubi Qafqaz regionunda baş verən hadisələr müzakirə olunub.

Seçilən
67
azerbaijan-news.az

1Mənbələr