“Real Madrid”in cinah hücumçusu Vinisius Junior, agentindən əgər baş məşqçi Xabi Alonso onu vacib oyunçu hesab etməsə, başqa bir klub tapmasını istəyib.
İdman.Biz “Cadena Ser”in X sosial şəbəkəsindəki hesabına istinadla xəbər verir ki, braziliyalı futbolçu vəziyyət dəyişməsə, müqaviləsini yeniləmək niyyətində deyil.
Xatırladaq ki, İspaniya La Liqasının 10-cu turunda “Barselona”ya qarşı (2-1) matçda 72-ci dəqiqədə əvəzləndikdən sonra Vinisius Alonsonu narazılıqla qarşılayıb və tunelə yollanıb. Qısa müddət sonra o, ehtiyat oyunçular skamyasına qayıdıb və komanda yoldaşları ilə birlikdə matçın son hissəsini izləyib.