Şimali Koreya sınaq çərçivəsində Sarı dəniz istiqamətində strateji qanadlı raket buraxılışı həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadla məlumat yayıb.
“Şimali Koreya çərşənbə axşamı Sarı dənizdə ‘dəniz-səth’ sinfinə aid strateji qanadlı raketin sınağını keçirib”, - məlumatda bildirilib.
Oktyabrın 22-də Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb. Buna cavab olaraq Cənubi Koreya ordusu raket vəziyyətinə nəzarəti gücləndirib və daimi döyüş hazırlığı vəziyyətinə keçib, ABŞ və Yaponiya ilə operativ məlumat mübadiləsi aparıb.