ain.az, Oxu.az saytına istinadən bildirir.
İtaliya A Seriyasında 9-cu tura start verilib.
Oxu.Az xəbər verir ki, turun açılış matçında lider "Napoli" səfərdə "Leççe"nin qonağı olub.
Görüşün taleyini bir qol həll edib. Matçın 69-cu dəqiqəsində Andre Zambo-Anqissanın dəqiq zərbəsi Neapol klubuna üç xalı qazandırıb.
Hazırda "Napoli" 21 xalla yarış cədvəlinə başçılıq edir. "Leççe" isə aktivindəki 6 xalla 16-cı sırada qərar tutub.
İtaliya A Seriyası: "Napoli" səfərdən üç xalla qayıdır
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        