AZ

Prezident sakinlə zarafatlaşdı “Elə yol olub?”+Video

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Cəbrayılın Horovlu kəndində sakinlərlə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, kənd sakinlərindən biri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb:

Prezident İlham Əliyev: İndi gənclər də darıxmamalıdır burada. Çünki birincisi, doğma torpaqdır. İkincisi, şərait yaxşıdır. Üçüncüsü, bütün bu Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgələrdən biri olacaq - nəinki Azərbaycanda, dünya miqyasında. Belə kəndlər harada salınır?

Digər kişi sakin: Yoxdur, gözəldir, hamının xoşuna gəlir. Gözəl kəndlərdir.

Prezident İlham Əliyev: Şəhərlər, yollar. İndi siz hansı yolla gəlmisiniz buraya?

Digər kişi sakin: Biz Şükürbəylidən gəldik.

Prezident İlham Əliyev: Yolu gördünüz?

Digər kişi sakin: Gördük, gördük, çox gözəldir.

Prezident İlham Əliyev: Elə yol olub?

Digər kişi sakin: Qabaq buradan o yolu gedəndə yarım saata, qırx dəqiqəyə gedib çıxırdıq. İndi 10 dəqiqəyə gəlib çıxırıq.

Prezident İlham Əliyev: İndi buradan Zəngilana gedəcəksiniz 20 dəqiqəyə. Buradan da Zəngəzur dəhlizi keçəcək. Böyük ticarət yolu olacaq.

Digər qadın sakin: İnşallah, sayənizdə.

Həmin səmimi dialoqu təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
5
qafqazinfo.az

7Mənbələr