AZ

Rusiya və Suriyanın müdafiə nazirləri görüşdü

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Rusiyanın müdafiə naziri Andrey Belousov Moskvada suriyalı həmkarı general Muxraf Əbu Kəsra ilə görüşüb.

"Unikal" xəbər verir ki, Belousov Rusiya və Suriya prezidentləri arasında son görüşü xatırladaraq, hazırkı danışıqların iki ölkə arasında aktiv və səmərəli əməkdaşlığı təsdiqlədiyini vurğulayıb.

O, əlavə edib ki, prezidentlər arasında görüş iki ölkə arasında hərbi münasibətlərin inkişafına yeni təkan verib.

General Əbu Kəsra səfərin təşkilinə görə Rusiya rəhbərliyinə təşəkkür edib və iki ölkə arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlığın yeni sahələrinin tətbiqini müzakirə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
50
unikal.az

10Mənbələr