ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
"Turan Tovuz" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo"nu məğlub edərək 1/8 finala yüksəlib. Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:- Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik.- Kubokda hədəfiniz nədir?- Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır.- İbrahima Vadjinin performansını necə dəyərləndirirsiniz?- Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır.Rəşad Rafiqoğlu, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.