AZ

Almaniya Kuboku: “Borussiya Dortmund” “Ayntraxt”ı mübarizədən kənarlaşdırıb VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Almaniya Kubokunun 1/16 final mərhələsinin “Ayntraxt Frankfurt” və “Borussiya Dortmund” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Frankfurt Arena”da oynayıblar.

“Ayntraxt”ın yarımmüdafiəçisi Ansqar Knauff oyunun ilk qolu yeddinci dəqiqədə vurub. Qonaqların yarımmüdafiəçisi Yulian Brandt 48-ci dəqiqədə hesabı bərabərləşdirib. Bundan sonra komandalar əsas və əlavə vaxtda qol vurmayıblar və “Borussiya” penaltilər seriyasında (4-2) qalib gəlib.

Almaniya Kubokunun birinci mərhələsində “Ayntraxt” “Engers 07”ni 5-0 hesabı ilə məğlub edib. “Borussiya” “Rot-Vayss 07”dən 1-0 hesabı ilə üstün olub. Hazırkı Almaniya Kubokunun sahibi “Ştutqart”dır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
icma.az

2Mənbələr