Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yüksək qida dəyəri olan bir meyvə olan zeytun təkli doymamış yağ tərkibi ilə ümumi sağlamlıq üçün faydalıdır. Zeytunun tərkibində A vitamini, E vitamini, dəmir, mis və kalsium var. 100 qram zeytun 115 kaloriyə bərabərdir. Zeytun yüksək qida dəyərinə malik və güclü meyvədir.
Qeyd edək ki, zeytun yüksək kalorili meyvə olduğuna görə onları çox istehlak etməmək tövsiyə olunur.
E vitamini və təkli doymamış yağlarla zəngin olan zeytun tərkibindəki flavonoid antioksidant sayəsində orqanizmdə xroniki iltihabı azaldır və qan şəkəri səviyyəsini tənzimləyərək diabetin qarşısını alır.
Zeytun orqanizmdə xroniki iltihabı azaldır, sümük əriməsinin qarşısını alır, xora və qastrit kimi mədə xəstəliklərinin inkişafının qarşısını alınmasında böyük rol iynayır.Saç və dəri sağlamlığını yaxşılaşdırır, göz sağlamlığını qoruyur, bədən enerjisini artırır, güclü E vitamini mənbəyidir.Ürək xəstəliyi riskini azaldır.
Zeytundakı mono doymamış yağ tərkibi ürək sağlamlığı ilə əlaqələndirilir. Mono-doymamış yağ turşuları xolesterin və qan təzyiqini aşağı salmaqda təsirli olur. Buna görə də, zeytunları müntəzəm olaraq istehlak etməklə, potensial ürək xəstəliklərinə qarşı qoruyucu qalxan yarada bilərsiniz.
Zeytunun tərkibində çoxlu antioksidantlar, o cümlədən flavonoidlər, oleuropein, hidroksitirozol, oleanolik turşu və tirozol bədənə çoxlu faydalar təmin edir. Bu faydalar arasında xroniki iltihabın azaldılması, ürək xəstəliyi riskinin azaldılması və immunitet sisteminin gücləndirilməsi daxildir.
Zeytunun orqanizmdə xroniki iltihabı azaltma qabiliyyəti tərkibindəki antioksidantlardan irəli gəlir.
Gündə bir ovuc zeytun istehlakı zeytunun potensial faydalarını əldə etmək üçün vacibdir.
Zeytunda duz və yağ yüksək olduğu üçün yüksək qan təzyiqi və xolesterolu olanlar üçün potensial risk yarada bilər. Bu xəstələr zeytunu yalnız həkim nəzarəti altında istehlak etməlidirlər.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.