AZ

İrandan Azərbaycana narkotik keçirmək istəyiblər

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Mia.az-a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib.

Tədbirlər nəticəsində oktyabr ayının 24-də ümumi çəkisi 15 kiloqram 705 qram narkotik vasitə (12 kq 460 qram marixuana, 3 kq 245 qram tiryək), oktyabrın 26-da isə ümumi çəkisi 49 kiloqram 60 qram narkotik vasitə (46 kq 45 qram marixuana, 3 kq 15 qram heroin) və 550 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
27
mia.az

10Mənbələr