AZ

İş həftəsini necə asan keçirə bilərik?

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Psixoterapevt İrina Kraşkina altıgünlük iş həftəsini daha asan keçirmək üçün məsləhətlər verib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “RIAМО” nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, altıgünlük iş rejiminə daha aktiv şəkildə başlamaq və həftənin əvvəlində - bazar ertəsindən çərşənbə gününə qədər mümkün qədər çox işi görmək lazımdır.

“Cümə axşamı artıq bir qədər yavaşlamaq, yeni işlərə başlamamaq, əvvəlcədən başladılanları tamamlamaq daha məqsədəuyğundur. Cümə günü isə şənbə üçün planlaşdırma aparmaq, görüləcək işlərin siyahısını və vaxt bölgüsünü dəqiqləşdirmək lazımdır,” - deyə Kraşkina bildirib.

Mütəxəssis həmçinin əlavə edib ki, iş şənbəsi günü rekord qırmağa çalışmaq lazım deyil. Ən vacib və minimum tapşırıqları yerinə yetirmək kifayətdir. Onun sözlərinə görə, uzunmüddətli iş həftəsində əsas məqsəd mükəmməl işləmək deyil, həm də özünə qayğı göstərməkdir. Bu, peşəkar dayanıqlığın qorunması üçün vacib hesab olunur.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
redaktor.az

2Mənbələr