ain.az, 525.az saytına istinadən bildirir.
Braziliyanın Rui-Qrandu-du-Sul ştatının Vakariya əyalətində arılar 2 nəfərə hücum ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə hər 2 şəxs həyatını itirib.
Arıların hücumu avtomobil qəzasından sonra baş verib. Belə ki, 54 yaşlı Silvana da Fatima Braqansa da Luş idarəetməni itirərək avtomobili aşırıb.
Qəza zamanı avtomobil arı yuvasını dağıdıb. Yüzlərlə qəzəbli həşarat qadına hücum edib. Bu zaman avtomobildə olan digər şəxs - sürücünün 70 yaşlı atası qızına kömək etməyə çalışıb. Amma o da zərərçəkən şəxsə çevrilib.
Xilasedicilər hadisə yerinə gələndə hər onların hər ikisi sağ olub. Qadın xəstəxanaya aparılarkən, kişi isə xəstəxanada 1 gün sonra vəfat edib.
Qeyd edək ki, hər ikisinin bədənində bir neçə yüz sancma yarası aşkarlanıb.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.