AZ

Akkuyu AES in ilk reaktoru gələn il işə salınacaq

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rosatom dövlət korporasiyası tərəfindən Türkiyədə inşa edilən Akkuyu Atom Elektrik Stansiyasının ilk reaktorunun işə salınması 2026-cı ilə planlaşdırılır. Newscenter.az xəəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib .Türkiyəli nazirin sözlərinə görə, layihənin icrasındakı ləngimələr qismən Avropa ölkələrindən avadanlıqların tədarükü ilə bağlı problemlərlə əlaqədar olub:"Biz pandemiyadan sağ çıxdıq və çoxsaylı gizli, birbaşa sanksiyalarla üzləşdik. Avropada ödənişli avadanlıqların saxlanması prosesindən keçdik, bu da gecikmələrə səbəb oldu".Bayraktar bildirib ki, Akkuyu AES-in dörd reaktorunun hamısı işə düşdükdən sonra o, Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 10%-ni ödəyə biləcək.Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası (AES) Türkiyənin Rosatom dövlət korporasiyası tərəfindən tikilən ilk atom elektrik stansiyasıdır. Akkuyu layihəsinə Rusiya istehsalı olan VVER III+ reaktorları olan dörd enerji bloku daxildir. Hər blokun gücü 1200 MVt olacaq.Mehman Mehdiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
newscenter.az

2Mənbələr