AZ

Ayı kənddə DƏHŞƏT YAŞATDI

Yaponiyada dişisi ayı bir qrup insana hücum edib.

Publika.az xəbər verir ki, bu barədə Nippon.com məlumat yayıb.

Hadisə oktyabrın 24-də, saat 11:00 radələrində Higasinaruse kəndinin Tagonay bölgəsində baş verib.

Ayı 38 yaşlı Yesiyuki Sasakini parçalayıb. Daha üç nəfər — Sasakinin 65 yaşlı atası və təxminən 70 yaşlarında yaşlı cütlük baş və üz nahiyələrindən ciddi xəsarətlər alıblar. Hər dörd nəfər yaşlı cütlüyə məxsus avtomobilin yanında huşsuz vəziyyətdə tapılıb.

Sonradan məlum olub ki, Sasaki yaşlı yoldaşlarının çığırma səslərini eşidərək onlara kömək etməyə çalışıb və buna görə yırtıcının qurbanı olub.

Seçilən
13
20
publika.az

10Mənbələr