APA xəbər verir ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23-də polis əməkdaşları tərəfindən saxlanılıb.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.
Zabil Qəhrəmanova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.