BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyaya rəsmi səfərə gəlib. Trampın Cənubi Koreya prezidenti Li Con Myon ilə görüşündə əsas müzakirə mövzusu 350 milyard dollarlıq ticarət sazişi olacağı gözlənilir.
Teleqraf xəbər verir ki, "The Guardian" qəzeti danışıqlarda irəliləyiş gözlənilmir.
Mənbənin məlumatına görə, danışıqlar Seulun mövqeyinə görə dalana dirənib, Koreya tərəfi ABŞ iqtisadiyyatına birbaşa maliyyə yatırımları etməkdən imtina edir və bunun əvəzinə kredit və zəmanət mexanizmlərini təklif edir.
Nəticədə, Cənubi Koreya hələ də ABŞ-yə avtomobil ixracında 25 faizlik rüsumla üzləşir ki, bu da "Hyundai" və "Kia" kimi şirkətləri Yaponiya və Avropa istehsalçıları qarşısında çətin vəziyyətə salır.
Prezident Li Con Myon bildirib ki, ABŞ-də zavodların yaradılması üçün şərait vizalarla bağlı sistem yaxşılaşdırılmadığı halda “çətin və ya qeyri-mümkün” olacaq.
 
                        