AZ

"Bu hücumlar atəşkəsi açıq şəkildə pozur" - Türkiyə İsraili qınadı


Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya son hücumlarını kəskin şəkildə qınayıb. Türkiyənin xarici siyasət idarəsi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, sözügedən hücumlar atəşkəsi açıq şəkildə pozur. Həmçinin hücumlar nəticəsində mülki şəxslərin itkisi ilə bağlı məlumatlardan dərin narahatlıq ifadə edilir: "Bir daha vurğulayırıq ki, atəşkəsə tam riayət etmək davamlı sülh ümidini qorumaq və regional təhlükəsizliyin bərqərar olması üçün vacibdir. İsraili atəşkəsə riayət etməyə və sülhü və sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırırıq". Qeyd edək ki, son məlumata görə, İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 11 nəfər həyatını itirib.

Mətləb

Seçilən
11
2
baki-xeber.com

3Mənbələr