ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası Çempionlar Liqasında növbəti matçına bu gün çıxacaq.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyada "Radniçki"nin qonağı olacaq.
Cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk görüş rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.
"Azərreyl" turu keçəcəyi təqdirdə "TSV Raiffeisen Hartberq" (Avstriya) - "AKAA Volley" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Komanda mərhələni keçə bilməsə, CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        