Bakı.Trend:
Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqətidayandırılacaq.
Trend xəbərverir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, “Əhmədli” qaz kəməri üzərində klapanınquraşdırılması işləri ilə əlaqədar 29.10.2025-ci il tarixdə saat10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Y.Eyvazov, C.Qurbanov,V.Quliyev, F.Kərimzadə, Ə.Mehmalıyev, Z.Şərifov, R.Alıcanov,M.Fətəliyev, Q.Vəliyev, Şadlinski, Y.Əliyev, Neftçi, K.İsmayılov,E.Bəkirli (bir hissəsi), Vağzal, Gənclər, Hacinski küçələrinin və40-42-50/60, 40-48-ci kvartallarının qaz təchizatında müvəqqətifasilə yaranacaq.