AZ

“Azərreyl” Serbiya klubu ilə qarşılaşacaq

ain.az, Apasport portalına istinadən məlumat yayır.

Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün ilkin mərhələnin növbəti oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, komanda Serbiyada “Radniçki” klubunun qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da “Jezero” arenasında baş tutacaq.

Təmsilçimiz bu turu keçəcəyi təqdirdə növbəti mərhələdə “TSV Raiffeisen Hartberg” və “AKAA Volley” klublarının qalibi ilə qarşılaşacaq.

Komanda mərhələni keçə bilməsə, CEV Kubokunda 1/32 finaldan mübarizəyə qoşulacaq. Bu turnirdəki rəqib isə “ACH Volley Ljubljana” və “Orion Stars Doetinchem” cütünün qarşılaşmasının məğlub komandası olacaq.

Qeyd edək ki, “Azərreyl” Bakıda keçirilən ilk oyunda “Radniçki” klubuna 0:3 hesabı ilə uduzub.

AVF rəsmisi Avropa Voleybol Konfederasiyasından təyinat alıb

“Azerreyl” Serbiya klubu ilə qarşılaşacaq

Yüksək Liqada II turun oyunları keçiriləcək

Yüsək Liqa: II tura start verilib

FHN-in voleybol və basketbol komandaları yüksək nəticələr əldə ediblər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
apasport.az

5Mənbələr