PSJ tarixinin maliyyə rekorduna imza atıb.
Msport.az xəbər verir ki, Paris təmsilçisi 2024-25 mövsümünün maliyyə nəticələrini açıqlayıb.
PSJ-nin ümumi gəliri 837 milyon avroya çatıb. Bu da Fransa nəhənginin tarixində ən yüksək göstəricidir. Xüsusilə, klubun kommersiya gəlirləri 367 milyon avroya, matç mənfəəti isə 175 milyona yüksəlib.
2024-25 mövsümündə PSJ Liqa 1 çempionluğunu, Fransa Kubokunu və Çempionlar Liqasını qazanıb.