AZ

Bu günə kimi neçə ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib?

Ötən dövrdə Sosial Xidmətlər Agentliyi tərəfindən ümumilikdə 260-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

"Onların sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri uğurla davam etdirilir. Artıq 30 uşağın reabilitasiyasına başlanıb. Proqram çərçivəsində uşaqlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar. Eləcə də, onlar fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunacaqlar.

Növbəti günlərdə uşaqların Qobustan, Qəbələ və Şəkiyə səfərləri və bu bölgələrimizin tarixi və görməli yerləri ilə tanış edilməsi nəzərdə tutulur. 10 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır",- deyə Agentlikdən əlavə edilib.

Milli.Az

Seçilən
9
3
milli.az

10Mənbələr