Ağdərə. Trend:
Ağdərədə beton qarışdıran maşın dərəyə aşması nəticəsində sürücüölüb.
Trend-inQarabağ bürosunun əldə etdiyi xəbərə görə, hadisə rayonun Çıldırankəndində baş verib.
Bərdə rayon sakini 1968-ci il təvəllüdlü Qocamanov Hafiz idarəetdiyi "HOWO" markalı beton qarışdıran avtomobillə hərəkətdəolarkən idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşıb, sürücüH.Qocamanov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.