
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Missiya.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.82 ABŞ dolları və ya 2.72% azalaraq 65.21 ABŞ dollarına bərabər olub.
Ətraflı
Qeyd edək ki, ötən gün neftimiz 67.03 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.