AZ

Əraqçi “qonşuluq siyasəti”nə uyğun olaraq Şərqi Azərbaycana gedəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Şərqi Azərbaycan vilayətinə səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə İran XİN-in konsulluq, parlament və İran işləri üzrə nazir müavini Vahid Cəlalzadə məlumat yayıb.

O, X sosial şəbəkəsində yazıb: “Əgər xarici siyasəti daxili siyasətin davamı hesab etsək və güclü İran qurmaq üçün qonşuluq siyasəti axtarırıqsa, əyalət diplomatiyasını ölkənin mövcud reallıqlarına əsaslanan yaradıcı, ağıllı strategiya kimi dəyərləndirməliyik”.

Seçilən
16
2
konkret.az

3Mənbələr