AZ

Nazir Rəşad Nəbiyev Ye Niupinqlə görüşdü

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niupinqlə görüşüb.

Gununsesi.info xəbər verir ki, görüş zamanı iki ölkə, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Həmçinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılması barədə qərar verilib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
18
icma.az

10Mənbələr