AZ

Milli Məclisin sədri: Ərazi bütövlüyümüzün bərpasıyla Konstitusiyadakı prinsiplər öz təsdiqini tapdı

Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir.

Bunu Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya müasir dövlətin əsaslarını yaratmağa imkan verib: “Onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquqları və azadlıqları üçün təminatlar yaratdı. Konstitusiyamız həm də gələcəyə inam və quruculuq dövrünün simvoludur. Beynəlxalq missiyada tanınan ərazilərimizin 20 %-i Ermənistanın işğalı altında olub. Ölkəmizin əsas qanunu silahlı təcavüzə son qoymaq və sülh yaratmağın təməlində dayanıb. Azərbaycan özü beynəlxalq hüququn qüvvəsini bərpa edib. Dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə Konstitusiyada müəyyənləşmiş prinsiplər öz təsdiqini tapdı”.

Seçilən
12
7
aznews.az

8Mənbələr