AZ

Belə qarşılaşmalara psixoloji və taktiki baxımdan hazırlaşmaq çətin olur Azər Salahlı

ain.az bildirir, Fanat portalına istinadən.

“İmişli” Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində 2-ci Liqa komandası “Qaradağ Lökbatan”ı mübarizədən çətinliklə uzaqlaşdıra bilib. Premyer Liqa təmsilçisi hesabda 2 dəfə geri düşdüyü matçda 90+6-cı dəqiqədə vurulan qələbə qolu ilə mərhələ adlayıb.

Komandanın kapitanı Azər Salahlı 3:2 hesabı ilə qalib gəldikləri oyunla bağlı Fanat.Az-a danışıb. 

31 yaşlı müdafiəçi dramatik qarşılaşma ilə bağlı fikirlərini belə çatdırıb:

“Kubok oyunları hər zaman fərqli olur. Belə qarşılaşmalara psixoloji və taktiki baxımdan hazırlaşmaq bir qədər çətin olur. Bu gün də bunun şahidi olduq. Hesabda geri düşməyimizə baxmayaraq, komanda özünü toparladı və oyunu çevirməyi bacardı. İndi diqqətimizi növbəti oyuna yönəldirik”.

Qeyd edək ki, "İmişli" 1/8 final mərhələsində Kubokun son qalibi "Sabah" ilə qarşılaşacaq.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
fanat.az

2Mənbələr