AZ

NATO yaxın aylarda Ukraynaya 2 milyard dollar yardım ayıracağını açıqlayıb

“NATO yaxın aylarda Ukraynaya 2 milyard dollar yardım ayıracaq”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker “Bloomberg” telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, yaxın aylarda Ukraynaya 2 milyard dollar yardım ayrılacaq.

"Yəqin ki, növbəti bir neçə ayda daha 2 milyard dollar və ya daha çox vəsait cəlb etməliyik. Biz bunu çox tezliklə edəcəyik", - deyə siyasətçi vurğulayıb.

Uiteker qeyd edib ki, gələn il ABŞ Avropa ölkələri vasitəsilə Ukraynaya 12 və ya 15 milyard dollar dəyərində Amerika silahı tədarük edəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr