Braziliyada hökumət qüvvələri ilə narkokartellər arasında qarşıdurmada ölənlərin sayı artıb.
APA xarici mediaya istinadən xəbər verir ki, Rio-de-Janeyro şəhərində hökumət qüvvələri ilə narkokartellər arasında silahlı toqquşma nəticəsində ölənləri sayı 64 nəfərə çatıb.
Səhər tezdən 2 500-dən çox polis və xüsusi təyinatlı qüvvənin iştirakı ilə həyata keçirilən bu polis əməliyyatı — Rio tarixində ən qanlı reyd hesab olunur. Əməliyyat Alemao və Penha favelaları ətrafında şiddətli atışmalara səbəb olub. Bu ərazilərdə təxminən 300 minə yaxın insan yaşayır.
***
00:23
Braziliyanın Rio-de-Janeyro şəhərində hökumət qüvvələri ilə narkokartellər arasında silahlı toqquşma nəticəsində azı 60 nəfərin öldüyü bildirilir.
APA xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, şəhər tam blokadaya alınıb. Hütün yollar və prospektlər barrikadalar və qaçırılmış avtobuslarla bağlanıb. Şəhərin narkoticarətinin təxminən 70 faizinə nəzarət edən yerli silahlı qruplar genişmiqyaslı polis əməliyyatına cavab olaraq Rio-da lokdaun rejimi tətbiq ediblər.
Rio-de-Janeyro ştatının qubernatoru Klaudio Kastro ölkə prezidenti Lula da Silvanı vəziyyətə hərbi qüvvə göndərməkdən imtina etməkdə ittiham edib.