ABŞ atom sualtı qayıqları sahəsində dünyanı 25 il qabaqlayır.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Kyoncuda keçirilən sammitində çıxışı zamanı deyib. “Atom sualtı qayıqları sahəsində əhəmiyyətli üstünlüyümüz var. Biz bütün rəqiblərimizdən 25 il irəlidəyik”, - deyə Donald Tramp bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar həm də silahların keyfiyyətinə görə dünyada birinci yerdədir.