Ağdərədə beton qarışdıran maşın dərəyə aşıb, sürücü ölüb.
Far.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.
Bərdə rayon Yenidaşkənd kənd sakini 1968-ci il təvəllüdlü Qocamanov Hafizun idarə etdiyi "HOWO" markalı beton qarışdıran avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.
Hadisə nəticəsində sürücü H.Qocamanov ölüb.
Faktla bağlı araşdırma aparılır.