AZ

Pakistan Senatının sədri: İlham Əliyevin liderliyi ilə konstitusiya quruluşu bütün ölkə ərazisində təmin edilib

"Konstitusiya dövlətlə xalq arasında körpü rolunu oynayır. Tarixi olaraq müstəqillik insanların öz müqəddəratını təmin edib. Bu konsepsiya millətlərin fundamental şüuru olub".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani deyib.

O qeyd edib ki, hər zaman bütün səlahiyyətli orqanlar insanlar qarşısında cavabdeh olub: “Onların əsas məqsədi insanlar arasında legitimliyi və beynəlxalq prinsipləri qorumaqdır. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin liderliyi ilə konstitusiya quruluşu bütün ölkə ərazisində təmin edilib və ölkəmin milli kimliyi bütün dünyada tərənnüm olunur. Bu baxımdan Azərbaycanda bu ilin Konstitusiya ili elan edilməsi suverenliyin bariz nümunəsidir”.
Seçilən
16
1
sherg.az

2Mənbələr