Şərqi Zəngəzur həmçinin böyük turizm, sənaye və aqrar potensiala malik olan bölgələrimizdəndir. Ölkə Prezidentinin Zəfərdən sonrakı 5 il ərzində işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər zamanı məhz onun tapşırıq və göstərişinə uyğun olaraq infrastrukturun qurulması, eləcə də həm məskunlaşmaya, həm yeni iş yerlərinin yaradılmasına xidmət edən təməlqoyma mərasimlərinin keçirilməsi birmənalı şəkildə ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyur. Bunlar isə eyni zamanda o deməkdir ki, Şərqi Zəngəzur yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında əsas inkişaf drayverlərdən birinə çevriləcək. İlkin qiymətləndirmələrə görə, Azərbaycan iqtisadiyyatının təxminən 10%-i həcmində işğaldan azad olunmuş ərazilərimizin yeni dəyər yaratma potensialı var. Bu o deməkdir ki, bərpa-yenidənqurma prosesindən sonra Qarabağ və Şərqi Zəngəzur 12 milyard manatdan artıq yeni dəyərin formalaşmasına və bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına töhfə verə biləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
 
                        