AZ

Rumıniyada “ASAN Xidmət” modeli tətbiq edilir

AzVision.az xəbər verir ki, bunu Rumıniya Parlament Senatının sədri Mirça Abrudean Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iki dövlət arasında rəqəmsal şəxsiyyət vəsiqəsi, dövlət satınalmaları və kibertəhlükəsizlik sahəsində əməkdaşlıqları gücləndirmək üçün birgə parlament qrupu yaradıla bilər:

"Bundan başqa süni intellekt, kibertəhlükəsizlik sahəsində işçi qrupu yarada bilərik. Enerji sahəsi də olduqca vacibdir, biz Qara dənizdə birlikdə işlər görürük. Biz beynəlxalq hüququ dəstəkləyirik. Cənubi Qafqazda sabitlik hamının xeyrinədir".

AzVision.az
Seçilən
32
2
azvision.az

3Mənbələr